Bu gün

Bir qrup Azərbaycan vətəndaşı Rusiyadan deportasiya olunacaq

Rusiyanın Novorossiysk şəhərindəki tərəvəz bazalarından birində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən reyd zamanı miqrasiya qanunvericiliyinin pozuntuları aşkar edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya mediası yazır. 

Məlumata əsasən, tədbir çərçivəsində Özbəkistan, Tacikistan və Azərbaycan vətəndaşlarının sənədləri yoxlanılıb. Onlar barəsində ümumilikdə 21 inzibati protokol tərtib olunub.

Qayda pozuntularından 10-u Rusiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olmaya, 11-i isə ölkədə qalma rejiminin pozulmasına görə rəsmiləşdirilib.

Yerli polisdən verilən məlumata görə, yoxlamaların nəticəsi olaraq səkkiz əcnəbi vətəndaş Rusiya ərazisindən deportasiya olunacaq. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?