Bu gün
“Ələt” hava limanı üçün tarix açıqlandı

“Ələt” Azad İqtisadi Zonasındakı hava limanının 2027-ci ilin mart ayının sonu – aprel ayının əvvəlinə qədər istismara hazır olması planlaşdırılır.
Təhlil.az xəbər verir ki, “Ələt” AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərovun sözlərinə görə, layihə üçün 750 hektar ərazi ayrılıb və tikintiyə 2024-cü ilin aprelində başlanılıb. İşlərin bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
İlk mərhələdə hava limanının illik yükdaşıma qabiliyyəti 500 min ton olacaq. Gələcəkdə bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır.
Hava limanının “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsi “Ələt” AİZ-in logistika imkanlarını daha da artıracaq.
Bu gün
Bu gün
Dünən