Bu gün

Azərbaycanın Avropaya yaşıl enerji PLANI

Azərbaycan Almaniya ilə enerji əməkdaşlığını yeni mərhələyə çıxarmağı hədəfləyir.
Təhlil.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, Orta Dəhlizin inkişafı Azərbaycanın enerji marşrutu kimi əhəmiyyətini də artırır.

Onun sözlərinə görə, Azərbaycanı Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa ilə birləşdirən yaşıl enerji bağlantıları Orta Dəhlizin enerji ölçüsünü formalaşdırır. Azərbaycan uzun illərdir Almaniyanın etibarlı neft təchizatçısıdır, 2026-cı ildən isə təbii qaz da enerji tərəfdaşlığının yeni istiqamətinə çevrilib.

E.Soltanov gələcək əməkdaşlığın bərpaolunan enerji, enerji bağlantıları, səmərəlilik və enerji keçidi istiqamətlərində genişləndiriləcəyini qeyd edib. O, xüsusilə “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb. Layihə texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələyə keçib, yekun investisiya qərarının 2029-cu ildə, mərhələli istismarın isə 2032-ci ildən başlanması planlaşdırılır.

Nazir müavini Alman şirkətlərini oktyabrın 22-də Bakıda keçiriləcək Yaşıl Enerji Dəhlizi üzrə İnvestisiya və Tərəfdaşlıq Forumunda iştirak etməyə çağırıb. O bildirib ki, Almaniyanın maliyyə və texnoloji imkanları Azərbaycanın enerji potensialı və strateji coğrafi mövqeyi ilə birləşdirilərək yeni investisiya və enerji layihələri üçün güclü tərəfdaşlıq yarada bilər.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?