Bu gün

XİN: Azərbaycan CICA-nın məqsədlərinə sadiqdir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.

Təhlil.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bütün üzv dövlətlərini və tərəfdaşlarını səmimi qəlbdən təbrik edirik.

Azərbaycan CICA-nın Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqində özünəməxsus rolunu yüksək qiymətləndirir.

CICA-nın sədri kimi Azərbaycan "Daha güclü CICA: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf" devizi altında təşkilatın məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?