Bu gün

2032 Olimpiadasının loqosu təqdim olundu

2032-ci ildə Avstraliyada keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi loqoları təqdim olunub.

Təhlil.az xəbər verir ki, təqdimat mərasimi olimpiadanın təşkil olunacağı Brisben şəhərində baş tutub.

Avstraliyaya xas kakadu quşundan ilhamlanan dizayn olimpiya və paralimpiya məşəlini, eyni zamanda ev sahibi Kvinslendin özünəməxsus ruhunu əks etdirir.

Xatırladaq ki, 2028-ci ildə analoji yarış ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?