Bu gün
Emin Əmrullayev: “Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram”

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.
Təhlil.az xəbər verir ki, bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.
O bildirib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:
"Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".
02 oktyabr
02 oktyabr
02 oktyabr