Bu gün

YAP sədrinin səlahiyyət müddətindəki məhdudiyyət LƏĞV OLUNDU

Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.

Təhlil.az xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsində deyib.

O bildirib ki, hazrıda qüvvədə olan Nizamnaməyə əsasən, partiya sədrinin səlahiyyət müddəti 5 ildir.

Səlahiyyət müddəti bitdikdə partiyanın sədri Qurultay tərəfindən yenidən seçilə bilər.

Nizami Səfərovun sözlərinə görə, bu müddəa aradan qaldırılıb: "Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə aparacaq".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?