Bu gün

Sumqayıtda şagirdlər arasında kütləvi zəhərlənmə

Bu gün Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə şübhəsi ilə bağlı hadisə qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, oktyabrın 2-də saat 10:20 radələrində 14 nəfər (11 kişi və 3 qadın) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Məlumata əsasən, pasiyentlərə zəruri tibbi yardım göstərilib.

Onların müalicəsi hazırda müvafiq şöbədə davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.