Dünən

Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar artıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 145,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Təhlil.az xəbər verir ki, bu barədə dövlət xidməti məlumat yayıb.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 milyon manat və ya 28,6% çoxdur.

Bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul ayları ərzində 36 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 616 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,3 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 328-i qeyri-yaşayış, 2.370-i torpaq sahələri üzrə olmaqla 2.698 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 32,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 145,2 milyon manat vəsait daxil olub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?