Niderland Ukraynanın yenidən qurulması üçün 300 milyon avro ayıracaq

Niderland 2025 və 2026-cı illərdə Ukraynanın yenidən qurulmasına dəstək üçün 300 milyon avro ayıracaq. Bu barədə cümə axşamı günü Niderlandın xarici işlər naziri Kasper Veldkamp Romada Ukraynanın yenidən qurulmasına dair konfransda bildirib.
Veldkamp qeyd edib ki, bu paketdən 52 milyon avro 2025-ci ildə Ukraynada enerji infrastrukturunun və içməli su təchizatı sistemlərinin bərpasına sərf olunacaq. Daha 30 milyon avro ölkənin bərpası və davamlı inkişafı ilə məşğul olan Niderland şirkət və təşkilatlarına dəstək üçün ayrılacaq.
Bu vəsaitlər Ukraynaya Rusiya ilə müharibənin dördüncü ilinə girdiyi bir vaxtda Niderland tərəfindən ölkəyə hərbiləşdirilməmiş yardım göstərmək üçün əvvəllər ayrılmış təxminən 500 milyon avroluq ümumi yardım paketinin bir hissəsidir.