Kanadalılar ABŞ-ni həm ən böyük müttəfiqləri, həm də ən böyük təhlükə adlandırdılar

Kanadalıların əksəriyyəti ABŞ-ni həm ölkələrinin ən böyük müttəfiqi, həm də ən böyük təhlükəsi hesab edir. Təhlil.az xəbər verir ki, bunu “Pew Research Center”in son məlumatları sübut edir. Sorğu ilin ilk dörd ayı ərzində 25 ölkənin sakinləri arasında keçirilib. Respondentlərdən əsas müttəfiq hesab etdikləri ölkənin, eləcə də ölkələri üçün ən böyük təhlükə yaradan dövlətin adını çəkmələri xahiş olunub. Kanada həriki göstərici üzrə iştirakçıların mütləq əksəriyyətinin ABŞ-ni seçdiyi yeganə ölkə olub: 55% Amerikanı əsas müttəfiq, 59% isə əsas təhlükə kimi göstərib.
Oxşar nəticələr Meksikada da özünü göstərir: 37% ABŞ-ni əsas müttəfiq hesab edir, böyük əksəriyyət – 68% isə Birləşmiş Ştatları əsas təhlükə adlandırır.
Digər üç ölkədə - Argentina, Braziliya və Keniyada da insanların əksəriyyəti ABŞ-ni həm müttəfiq, həm də təhlükə kimi görür.
Sorğuda iştirak edən 24 ölkədən yalnız 12-də (ABŞ istisna olmaqla) əksəriyyət və ya çoxluq ABŞ-ni ən mühüm müttəfiqi adlandırıb. Onların arasında İsrail, CənubiKoreya, Yaponiya, Böyük Britaniya, Polşa, İtaliya, Avstraliya və Hindistan var.
Nigeriya və Macarıstanda ABŞ müttəfiqlər siyahısında birinci yerdə qərarlaşıb.
Digər tərəfdən, ABŞ Cənubi Afrika və İndoneziya daxil olmaqla altı ölkədə “ən böyük təhlükə” sıralamasında birinci olub.
İspaniya və Keniyada da Amerika təhdid siyahısında digər ölkələrlə müqayisədə birinci yerdə qərarlaşıb.