Dünən

Bağçalarda sistem yenilənir: 40 direktor işdən çıxarıldı

Son altı ay ərzində 40-a yaxın bağça rəhbəri vəzifədən azad edilib, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.

Təhlil.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı bildirib.

Nazir vəziyyətin xüsusilə Bakı şəhərində daha gərgin olduğunu vurğulayıb:

“Hazırda 20 mindən çox valideyn paytaxtda bağça üçün növbədə gözləyir. Lakin yerlər kifayət qədər deyil. Təəssüf ki, bu reallıq bəzi hallarda bağça müdirləri ilə vətəndaşlar arasında qeyri-rəsmi sövdələşmələrə yol açır.”

Əmrullayev qeyd edib ki, bu halların qarşısını almaq məqsədilə bağçalarda mütəmadi yoxlamalar keçirilir və pozuntu hallarına ciddi şəkildə müdaxilə olunur. Nazirliyin hədəfi isə şəffaf, ədalətli və keyfiyyətli məktəbəqədər təhsil mühiti formalaşdırmaqdır.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?