Bu gün

Rumıniyalı avroskeptik Ursula Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsinə başladı

Keçən il siyasətə qədəm qoyan rumıniyalı deputat və hüquqşünas Giorgi Piperea Brüsseldə yüksək profilli siyasi intriqanın müəllifinə çevrildi. Təhlil.az xəbər verir ki, o, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə etimadsızlıq səsverməsinin təşəbbüskarı olub. Buna səbəb COVID-19 pandemiyası zamanı Avropa Komissiyasının rəhbəri ilə əczaçılıq nəhəngi “Pfizer”in baş direktoru Albert Bourla arasında “gizli yazışmalar” olub. Aİ Ədalət Məhkəməsi daha əvvəl qərar vermişdi ki, Avropa Komissiyasının bu hesabatları ictimailəşdirməkdən imtina etməsi şəffaflıq prinsiplərinin pozulmasıdır.

Piperea, etimadsızlıq səsverməsinə səbəb olmaq üçün Avropa Parlamentinin deputatlarından lazımi 72 imza toplayıb və Fon der Lyayen on ildən çox müddətdə etimad səsverməsi ilə üzləşən ilk Avropa Komissiyası prezidenti olub.

"Mən Pandora qutusunu açmağa müvəffəq oldum. İnanıram ki, Ursula Fon der Lyayenin bu postda keçirəcəyi sayılı günlər qalıb", - Piperea Britaniyanın “The Telegraph” qəzetinə deyib.

Reqlamentə əsasən, etimadsızlıq səsverməsi Avropa Parlamentinin üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənərsə, bütün Avropa Komissiyası istefaya getməyə məcbur olacaq və Aİ bütün 27 ölkədən yeni komissarların təyin edilməsi üzrə mürəkkəb prosesə başlayacaq.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?