Bu gün

9 İyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi, habelə 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin rəhbər heyəti, habelə xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət ediblər.

Təhlil.az xəbər verir ki, diplomatik xidmət orqanlarının rəhbərlərindən ibarət heyət Fəxri xiyabanda xalqımızın Ulu Öndəri Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıb.

Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi minnətdarlıqla yad edilib, “Əbədi məşəl” abidəsinin önünə çələng və gül dəstələri qoyulub.

Nümayəndə heyəti, həmçinin Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin qarşısına gül qoyaraq, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin memarlarının əbədiyaşar xatirəsini anıblar.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?