Bu gün

Beyin ölümdən əvvəl xatirələri oyada bilir

İnsan beyni ölümdən əvvəl mühüm həyat hadisələri ilə bağlı xatirələri təkrarlamağa qadirdir. Təhlil.az xəbər verir ki, bu, Luisvill Universitetinin neyrocərrahı Ajmal Zemmarın gəldiyi nəticədir.
Neyrocərrah öz tədqiqatında 87 yaşlı xəstənin ürəyi dayanmadan 30 saniyə əvvəl və sonra onun elektroensefaloqrammasını tədqiq edib. Məlum olub ki, beyin “ölümə keçid” zamanı aktiv qala bilir və bir müddət bu vəziyyətdə olur. Həkim bu nöqtədə beynin dəyişikliklərə cavab verməyə davam etdiyinə diqqət çəkib.
“Beyin bu zaman həyatın vacib xatirələrini yenidən canlandıra bilir”, - deyə həkim bildirib.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?