Bu gün
“Sumqayıt”ın yeni baş məşqçisi bəlli olub

“Sumqayıt” komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Təhlil.az klubun məlumatına istinadla xəbər verir ki, bu vəzifəyə serbiyalı mütəxəssis Saşa İliç gətirilib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Saşa İliç sonuncu dəfə Rusiyanın “Pari NN” komandasına rəhbərlik edib.