Bu gün

NATO Baş katibi mümkün Üçüncü Dünya Müharibəsi barədə xəbərdarlıq etdi

Əgər Çin Prezidenti Si Cinpin Tayvana hərbi müdaxilə etmək qərarına gəlsə, onun müttəfiqi Vladimir Putin Asiya-Sakit okean regionunda münaqişəyə müdaxilə edilməməsi üçün Avropadakı NATO ölkələrinə hücum etsə, üçüncü dünya müharibəsi astanasında olmaq riski ilə üz-üzə qalacağıq.

Təhlil.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “The New York Times” qəzetinə müsahibəsində bildirib. Rütte qeyd edib ki, Si Cinpinin Tayvanı ələ keçirmək ambisiyalarının yalnız iki ölkə ilə məhdudlaşacağını düşünmək sadəlövhlük olardı. Əgər Si Tayvana hücum edərsə, o, əvvəlcə Moskvadakı kiçik tərəfdaşıVladimir Vladimiroviç Putinə zəng vuracaq və deyəcək: “Mən bunu edəcəm və siz NATO ərazisinə hücum edərək Avropanın diqqətini yayındırmalısınız”. Rütte xatırladıb ki, Si və Putin Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda “sərhədsiz tərəfdaşlıq”larını dəfələrlə vurğulayıblar. NATO baş katibinin sözlərinə görə, Çinin Rusiyanın bu münaqişəni uduzmasına icazə verə bilməyəcəyinə dair işarələr artır, çünki Pekinin Tayvanla bağlı strategiyası ondan asılıdır. Amerikalı və Tayvanlı analitiklərin proqnozlarına görə,Pekin 2027-ci ilə qədər adanın genişmiqyaslı işğalına başlamaq qərarına gələ bilər.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?