Bu gün

DYP radarlarla bağlı müraciət yaydı

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkət iştirakçılarına müraciət edib.

Təhlil.az xəbər verir ki, müraciətdə deyilir:

“Yol hərəkəti bu, sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil. Dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi mürəkkəb və canlı bir sistemdir. Bu sistemin əsas qayğısı isə təhlükəsizlikdir.

Məhz bu təhlükəsizliyin təmin olunmasında radar sistemləri xüsusi yer tutur. Radar sadəcə bir texniki qurğu deyil. O, qanuna, qaydalara və insan həyatlarının qorunmasına xidmət edən texniki vasitədir. Radar yollarda nəzarəti gücləndirməklə yanaşı, bizə öz məsuliyyətimizi xatırladır. Hər dəfə radarın yaxınlığından keçərkən biz bir anlıq da olsa düşünürük: “Nəqliyyat vasitəni yüksək sürətlə sürsək nə qazanırıq? cərimə, təhlükəli anlar, həyəcan və ağır qəzalar”.

Müşahidələr göstərir ki, radar olan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalır. Sürət həddinə nəzarət etməklə radar potensial faciələrin qarşısını alır. Bu, bizim üçün sadəcə bir cihaz deyil yol təhlükəsizliyinə töhfədir.

Radar bizim tərəfdaşımızdır, həm də sizin yol yoldaşınızdır. Onun varlığı yolda intizam yaradır, yetər ki riayət edək”.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?