Bu gün

Paşinyan II Qaregini dövlət çevrilişinə cəhdə dəstək verməkdə ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan II Qaregini kəskin tənqid edərək bildirib ki, əgər o, Vazgen Qalstanyan və Gevorq Ajapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, o, onların ideologiyasını bölüşür və hakimiyyəti zorla ələ keçirməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, Paşinyan II Qareginə dünyəvi adı Ktriç ilə müraciət edərək rəsmi "Facebook" səhifəsində bunları yazıb:

“Əgər Ktriç Nersisyan Vazgen Qalstanyan və Gevorq Ajapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, onların hərbi çevriliş etmək, hökumət binaları yaxınlığında insanlara atəş açmaq və ölkəni xaosa sürükləmək niyyətləri ilə həmrəydir”.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?