13 aprel

Dünən keçirilmiş imtahanın nəticələri nə vaxt elan olunacaq?

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib.

Təhlil.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. 

Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.