Bu gün
Bu qurumun nizamnamə kapitalı azaldıldı

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı azaldılıb.
Təhlil.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı 1000000 (bir milyon) manat müəyyən edilib.
Qeyd edək ki, dəyişikliyə qədər “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 6000000 (altı milyon) manat idi.
Bu gün