17 mart

Yaşayış evində güclü partlayış

Tovuz rayonunda yaşayış evində partlayış olub.

Təhlil.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub.

Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri - 1997-cü il təvəllüdlü Turxan Cəfərzadə, 2005-ci il təvəllüdlü Turanə Cəfərova və 2024-cü il təvəllüdlü F.Cəfərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?