Bu gün

Saçları qaynar su ilə yumaq problemlərə səbəb ola bilər

Saçları qaynar su ilə yumaq sağlamlıq problemlərinə səbəb ola bilər. Təhlil.az xəbər verir ki, bu barədə braziliyalı dermatoloq Sintiya Gedes "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Həkimin sözlərinə görə, qaynar su dərinin qoruyucu funksiyasını yerinə yetirən təbii yağ qatını (sebumu) həddindən artıq parçalayır. Nəticədə epidermisdə (dərinin üst qatı) quruluq, qabıqlanma və qıcıqlanma kimi əlamətlər yarana bilər.

Mütəxəssis bildirib ki, saçları qaynar su ilə yumaq "geridönüş effekti"nə də səbəb ola bilər. Belə ki, dəri həddindən artıq təmizlənməyə cavab olaraq daha çox yağ ifraz etməyə başlayır. Bu isə baş dərisinin daha tez yağlanmasına gətirib çıxarır.

Bundan əlavə, saçların hər gün qaynar su ilə yuyulması kəpək problemini daha da kəskinləşdirə bilər. Buna görə də dermatoloq saçların yuyulması zamanı yalnız ilıq və ya sərin sudan istifadə etməyi tövsiyə edir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?