Dünən

İTV Yayım Şurasına yeni üzvlər seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.

Təhlil.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Bildirilib ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi təqdim ediliblər:

İdman federasiyaları tərəfindən:

Rəsullu Rəşad Fərhad oğlu - Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti;

Qədimova İlahə Akif qızı - Şahmat üzrə qadınlar yığma komandasının kapitanı.

Dini konfessiyalar tərəfindən:

Musayev Salman Musa oğlu - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini;

Həsənov Simran Seyfəddin oğlu - Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri.

Yaradıcılıq təşkilatları tərəfindən:

Babayeva Həcərxanım Teymur qızı - Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü;

Babayeva Aytən Rauf qızı - Azərbaycan Milli Konservatoriyasının dosenti.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb, Rəsullu Rəşad Fərhad oğlu, Musayev Salman Musa oğlu və Babayeva Həcərxanım Teymur qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?