30 yanvar

Konstitusiya Məhkəməsinin pensiya stajı ilə bağlı QƏRARI

Gələcəkdə xüsusi dövlət qulluğunda xidmət illəri ümumi dövlət qulluğu pensiya stajına daxil edilə bilər.

Təhlil.az xəbər verir ki, bununla bağlı tövsiyə Konstitusiya Məhkəməsinin müvafiq Qərarında  öz əksini tapıb.

Sənəddə pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilib.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?