İsrailli analitik: "Azərbaycanla əlaqələr təsadüfi deyil" - AÇIQLAMA

“Azərbaycanla İsrail arasında münasibətlər uzun və kifayət qədər zəngin tarixə malikdir. Bizim həm iqtisadi, həm siyasi, həm də hərbi – yəni müdafiə sənayesi sahəsində ciddi münasibətlərimiz var”.
Bu fikirləri təhlil.az saytına açıqlamasında israilli analitik, ITON.TV kanalının icmalçısı Aleksandr Qur-Arye deyib.
O bildirib ki, Azərbaycan İsrailin müdafiə sənayesi məhsullarının kifayət qədər iri alıcılarından biridir:
Onun sözlərinə görə, İsrail isə öz növbəsində Azərbaycan məhsullarını, ilk növbədə nefti, eləcə də digər malları alır:
“Yəni İsrail mağazalarının rəflərində mütəmadi olaraq Azərbaycan istehsalı olan məhsullar, o cümlədən ərzaq məhsulları yer alır”.
İsrailli analitik qeyd edib ki, Azərbaycanın İsraildəki səfirliyi yaxın vaxtlarda açılmasına baxmayaraq, bu, əslində, sırf formal bir göstəricidir: “Çünki ölkələrimiz arasında dərin və sıx münasibətlər çoxdan mövcuddur”.
Yaxın günlərdə İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya baş tutan səfərini xatırladan Aleksandr Qur-Arye vurğulayıb ki, sözügedən səfər iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ ilə bağlıdır.
“Biz anlayırıq ki, Yaxın Şərqdə və İran ətrafında vəziyyət olduqca ciddidir. Azərbaycan İranla həmsərhəddir, sizin uzun sərhədiniz var. Sərhədin o tayında isə azərbaycanlılar, sizin qardaşlarınız yaşayır”, - deyə, o əlavə edib.
Rasim Babayev