Dünən

Rüsum hədəsi bazarı vurdu: Hyundai və Kia-da sərt eniş

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyadan idxal olunan məhsullara tətbiq edilən ticarət rüsumlarının artırılması ilə bağlı bəyanatı ölkənin aparıcı avtomobil istehsalçılarının səhmlərində kəskin enişə səbəb olub.

Təhlil.az xəbər verir ki, "Hyundai Motor" şirkətinin səhmləri 4,8 faiz ucuzlaşıb.

Daha ciddi azalma törəmə və əlaqəli şirkətlərdə qeydə alınıb: "Kia Corp"un səhmləri 6 faiz, ehtiyat hissələri istehsalçısı "Hyundai Mobis"in səhmləri isə 5,7 faiz dəyər itirib.

Avtomobil sektorundakı bu geriləmə ümumi bazar dinamikasından xeyli dərin olub.

Müqayisə üçün qeyd edək ki, Cənubi Koreya birjasının əsas indeksi KOSPI eyni dövrdə cəmi 1,2 faiz azalıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl Cənubi Koreyadan idxal olunan məhsullara tətbiq edilən rüsumların 15 faizdən 25 faizə qaldırıldığını açıqlamışdı.

Analitiklər bildirirlər ki, rüsum riskləri ixrac yönümlü Koreya avtomobil istehsalçıları üçün qısamüddətli təzyiqləri artırır.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?