27 yanvar

Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək

Ermənistan Azərbaycanın COP17-də iştirakını təmin etmək üçün yaxın vaxtlarda rəsmi dəvət göndərəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan məlumat verib.

Nazirin sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci Konfransının (COP17) keçirilməsi ilə bağlı bildirişlər artıq Konvensiyanın 196 üzv ölkəsinə göndərilib və növbəti mərhələdə rəsmi dəvətlər təqdim olunacaq.

Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?