26 yanvar

İsrailin xarici işlər naziri: Diplomatik əlaqələr dostluğumuzu daha da gücləndirib

Azərbaycan və İsrail sabitliyin tərəfdarıdır. Diplomatik əlaqələr dostluğumuzu daha da gücləndirib və bu, hər iki tərəf üçün faydalıdır.

Təhlil.az xəbər verir ki, bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib.

O qeyd edib ki, 2025-ci ildə ticarət və turizm əlaqələri genişlənib. Ötən il 60 min israilli turistin Azərbaycana səfər etdiyini deyən nazir əlavə edib ki, İsrail Azərbaycana investisiya yatırmaq niyyətindədir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?