Dünən

İran kimyəvi və bioloji elementlər daşıyan ballistik raket başlıqları üzərində işləyir

İran kimyəvi və bioloji silah elementləri ehtiva edən ballistik raket başlıqlarının hazırlanması istiqamətində işlər aparmağa çalışır. Təhlil.az xəbər verir ki, bu barədə anonim mənbə “Iran International”a açıqlama verib.

Mənbənin sözlərinə görə, rəsmi Tehran regionda artan gərginlik, eləcə də ABŞ və İsraillə mümkün yeni qarşıdurma risklərini nəzərə alaraq son aylarda bu istiqamətdə səylərini gücləndirib.

Qeyd olunur ki, bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə İranın ballistik raket proqramının müzakirə edilməsi gözlənilir.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?