Bu gün

İran XİN Kipr səfirinə etiraz notası təqdim edib

Kipr səfiri Petros Nakuzisi İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Təhlil.az xəbər verir ki, buna səbəb rəsmi Tehranın Kiprin və Birləşmiş Ərəb Əmirliklərinin rəsmi şəxslərinin birgə bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab etməsidir.

Bildirilib ki, İranın xarici işlər nazirinin müavini və Fars körfəzi məsələləri üzrə baş direktor Məhəmməd Alibek görüş zamanı diplomata etiraz notası təqdim edib.

"Səfirə Əbu-Musa, Böyük və Kiçik Tomb adaları İran ərazisinin ayrılmaz hissəsi və ölkənin onlar üzərində tarixi, faktiki və mübahisəsiz suverenliyinin şübhə doğurmadığı bildirilib. İran hər hansı ərazi iddialarını qəti şəkildə rədd edir. Eyni zamanda, ölkə bu cür bəyanatları dövlətlərin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinin pozulması kimi qiymətləndirir", - İran XİN-in bəyanatında qeyd edilib.

Qurum, həmçinin, Kipr hakimiyyətini yol verilən səhvi dərhal düzəltməyə və gələcəkdə bu cür addımlardan çəkinməyə çağırıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?