ABŞ Britaniya ilə 41,6 milyard dollarlıq sazişi dayandırıb

ABŞ Böyük Britaniya ilə 41,6 milyard dollar dəyərində olan sazişi ticarət güzəştləri ilə bağlı fikir ayrılığına görə müvəqqəti dayandırıb.
Təhlil.az BBC-yə istinadla xəbər verir ki, Donald Trampın Britaniyaya dövlət səfəri zamanı “tarixi” adlandırılan bu razılaşma müxtəlif texnoloji sahələrdə əməkdaşlığı nəzərdə tuturdu. Lakin hazırda ABŞ rəsmiləri daha geniş ticarət maneələri — o cümlədən rəqəmsal sahənin tənzimlənməsi və ərzaq təhlükəsizliyi qaydaları ilə bağlı narahatlıqlar səbəbindən sazişi dondurub. Eyni zamanda, Britaniya poladına tətbiq edilən rüsumların ləğvi ilə bağlı təklif olunan razılaşma da qeyri-müəyyən müddətə təxirə salınıb. Britaniyalı rəsminin sözlərinə görə, yaranmış vəziyyət Vaşinqton və Londonun ticarət razılaşmalarına yanaşmalarındakı fərqləri əks etdirir və bu da texnoloji tərəfdaşlığın irəliləməsini çətinləşdirir.