Bu gün

Aİ Rusiyaya qarşı sanksiya siyahısına 40 gəmi əlavə edəcək

Kallas bildirib ki, Aİ bazar ertəsi günü Rusiyaya qarşı sanksiya siyahısına 40 gəmi əlavə edəcək. "Bu gün biz "kölgə donanması"ndan olan gəmilərlə bağlı qərar qəbul edəcəyik. Bu, 40 gəmiyə, eləcə də sanksiyalardan yayınmaya kömək edən şəxslərə aiddir", - deyə o, Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından əvvəl bildirib.

Təhlil.az-ın məlumatına görə, Kallas qeyd edib ki, nazirlər bazar ertəsi günü Kiyevin maliyyələşdirilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər. O, əmin edib ki, bu cür məsələləri həll etməyin ən yaxşı yolu bloklanmış Rusiya vəsaitləri hesabına verilməsi planlaşdırılan "təzminat krediti"dir. Eyni zamanda, Aİ-nin baş diplomatı kreditlə bağlı hələlik konsensus olmadığını etiraf edib. O, Rusiyanın hərəkətsiz aktivlərinin əksəriyyətinin yerləşdiyi Belçikanın razılığı olmadan həll yoluna çatmağın çətin olacağını izah edib. Kallas vurğulayıb ki, bu həftə qeyd olunan məsələdə çox vacibdir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?