Bu gün
Mərakeşdə daşqınlar nəticəsində həlak olanların sayı 21-ə çatıb

Şəkil: aa.com
Mərakeşin qərbindəki Safi əyalətində baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb. Daha əvvəlki məlumatlarda 14 ölüm və 32 yaralanma qeydə alınmışdı.
Təhlil.az xəbər verir ki, dekabrın 14-də Atlantik sahilində yerləşən Safi bölgəsinə ildırımlarla müşayiət olunan güclü yağış yağdı və bu da sonradan daşqınlara səbəb oldu. Safi bölgəsindəki yerli hakimiyyət orqanları bazar günü bölgəyə yağan güclü yağış, ildırımlı fırtına və nəticədə baş verən daşqınlar nəticəsində həlak olanların sayının 21-ə çatdığını bildirib. Mərakeş mediasının məlumatına görə, eyni adlı əyalətin paytaxtı Safi şəhərində təxminən 70 ev və mağaza su altında qalıb, 10 avtomobili su aparıb, yollar isə zədələnib.