Bu gün

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-da qeyri-iş günü olacaq.

Təhlil.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günü Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olacaq.

Noyabrın 10-dan isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?