Tramp: “Yeni marşrut Mərkəzi Asiya xalqlarına kömək edəcək”

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə “Tramp marşrutu” adlanan yeni layihənin regionun rifahına xidmət edəcəyini bildirib.
Təhlil.az xəbər verir ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) həm iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir.
“Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanmasına vasitəçilik edib. Bu, son səkkiz ayda başa vurduğumuz səkkiz müharibədən biridir”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, Tramp Marşrutu Xəzər dənizindən keçərək ticarəti canlandıracaq, Mərkəzi Asiya xalqlarına real iqtisadi fayda gətirəcək və beynəlxalq sülhün möhkəmlənməsinə töhfə verəcək:
“Əminəm ki, bu gün burada olan bütün ölkələr bu fürsətdən maksimum yararlanacaq”.