İsveç və Ukrayna birgə müdafiə innovasiya mərkəzi yaradır

İsveç və Ukrayna müdafiə sahəsində yeni əməkdaşlıq istiqaməti qurur. İsveçin müdafiə naziri Pal Yonson bildirib ki, iki ölkə arasında müdafiə innovasiyaları sahəsində əməkdaşlıq haqqında niyyət məktubu imzalanıb.
Təhlil.az xəbər verir ki, nazirin sözlərinə əsasən, bu razılaşma çərçivəsində Ukraynada birgə müdafiə innovasiya mərkəzi yaradılacaq və mərkəzdə İsveç mütəxəssisləri də fəaliyyət göstərəcək.
“Bu təşəbbüsün əsas məqsədi Ukraynada İsveç personelinin müdafiə innovasiyaları üzərində birgə işləməsidir”, – deyə Pal Yonson qeyd edib.
Bundan əlavə, İsveç Silahlı Qüvvələrinin tərkibində də ayrıca müdafiə innovasiya bölməsi yaradılacaq. Yeni bölmə Ukraynada qurulacaq mərkəzlə sıx əməkdaşlıq edəcək və hər iki ölkənin hərbi texnoloji potensialının gücləndirilməsinə xidmət edəcək.