Səhiyyədə islahat dalğası: həkimlər üçün yeni mərhələ başlayır

Azərbaycanda səhiyyə sahəsində kadr çatışmazlığının aradan qaldırılması məqsədilə yeni layihə hazırlanır.
Təhlil.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev parlament komitələrinin 2026-cı il dövlət büdcəsi müzakirəsinə həsr olunmuş birgə iclasında məlumat verib.
Nazirin sözlərinə görə, layihə Azərbaycan Tibb Universiteti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə birgə həyata keçiriləcək. Layihə çərçivəsində ailə həkimlərinin hazırlanması və bölgələrə cəlb edilməsi əsas prioritetlərdən biri olacaq.
“Bu, məsələnin akademik tərəfidir. Eyni zamanda, həmin həkimlərin sosial təminatı və rayonlarda işləməsinin cəlbedici olması üçün də tədbirlər görüləcək”, – deyə Teymur Musayev qeyd edib.
Yeni təşəbbüs regionlarda həkim çatışmazlığının azaldılmasına, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və ailə həkimliyi institutunun inkişafına təkan verəcək.