Dünən

Azərbaycanda onlayn avtobus biletlərinə tələbat 43 faiz artıb

Bu ilin yanvar–oktyabr aylarında şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına “biletim.az” portalı vasitəsilə 654 min 278 bilet onlayn qaydada alınıb.

Təhlil.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz çoxdur. Qabaqcadan satışların xüsusi çəkisi 22 faizdən 33 faizə yüksəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirir ki, artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının və onlayn bilet alışı vərdişlərinin gücləndiyini göstərir.

Hazırda “biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemdə 394 nəqliyyat vasitəsi və 346 reys qeydiyyatdadır.

Onlayn satış sistemi mərhələli şəkildə bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?