Dünən

Qazaxıstan buğdası Azərbaycan üzərindən Ermənistana yola salındı - VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gedəcək Qazaxıstan buğdası ilə yüklənmiş 15 vaqonlu yük qatarı Bakıya çatıb və artıq Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.

Təhlil.az xəbər verir ki, ümumi çəkisi 1 048,8 ton olan buğda Yalama–Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu üzrə daşınır. Daha sonra qatar Gürcüstan ərazisindən keçərək Ermənistanın Dalarik stansiyasına çatacaq.

Bu, Qazaxıstandan Ermənistana Azərbaycan tranziti vasitəsilə həyata keçirilən ilk buğda daşınmasıdır. Qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı bəyan etmişdi ki, Azərbaycan işğaldan bəri Ermənistana yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu addım regionda iqtisadi əlaqələrin bərpası və yeni ticarət marşrutlarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?