Bu gün
Rusiya Bakı ilə yaxınlaşır: Şoyqu TRIPP-i "Zəngəzur dəhlizi" adlandırdı

Zəngəzur dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi bir-biri ilə rəqabət aparmayacaq.
Təhlil.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasından sonra jurnalistlərə deyib. Şoyqu bildirib:
“Hesab edirəm ki, nəinki hər iki marşrutun mövcud olmaq hüququ var, hətta Azərbaycanı onun regionları ilə birləşdirmək və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizləri yaratmaq baxımından onların hər ikisi lazımdır".