Bu gün

Teleqüllə 750 min manata restavrasiya olunacaq

"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC Bakı Teleqüllə Kompleksinin mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi ilə bağlı yeni tender elan edib.

Təhlil.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 749.3 min manat təşkil edir.

Layihənin icrası nəticəsində Bakı Teleqüllə Kompleksində mühəndis və təhlükəsizlik sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi, müasir standartlara uyğun yenidən layihələndirilməsi və təhlükəsizlik səviyyəsinin artırılması nəzərdə tutulur.

Tenderə noyabrın 17-də yekun vurulacaq.

Qeyd edək ki, 310 metr hündürlüyü ilə Bakı Teleqüllə Kompleksi Azərbaycanın ən yüksək tikilisi olmaqla yanaşı, əsas televiziya və radiosiqnal yayımı mərkəzi kimi fəaliyyət göstərir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?