Bu gün

2027–2029-cu illər üzrə yaşayış minimumu proqnozlaşdırılıb

2027–2029-cu illər üçün ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 311, 325 və 338 manat məbləğində təklif olunur.

Təhlil.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini qeyd edib ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyən edilib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?