Bu gün
Yaşayış minimumu artırılır: kim nə qədər alacaq?

Gələn ildən Azərbaycanda yaşayış minimumu yenidən artacaq.
Təhlil.az xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan “2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, əhalinin sosial-demoqrafik qrupları üzrə yeni məbləğlər müəyyənləşdirilib.
Layihəyə görə, 2026-cı ildə:
- ölkə üzrə ümumi yaşayış minimumu – 300 manat,
- əmək qabiliyyətli əhali üçün – 317 manat,
- pensiyaçılar üçün – 245 manat,
- uşaqlar üçün – 260 manat olacaq.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 285, 305, 232 və 246 manat idi. Beləliklə, yaşayış minimumu orta hesabla 5,26% artırılır.
Sənəd qəbul olunacağı təqdirdə, yeni göstəricilər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Bu artım hökumətin sosial siyasətində növbəti mərhələ hesab olunur və gələn il üçün pensiya, sosial müavinət və əməkhaqqı sistemlərində indeksasiya qərarları ilə də uzlaşa bilər.
Bu gün
Bu gün
Bu gün