Bu gün

"Prezidentin "Qarabağı cənnətə çevirəcəyik" sözləri reallığa çevrilir”

İşğaldan azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur.

Təhlil.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Biz Qarabağı cənnətə çevirəcəyik” fikrinin artıq reallaşdığının şahidi oluruq:

“Zəngilan, Laçın, Füzuli və digər azad edilmiş rayonlara qayıdanlarla birlikdə bu gün 50 mindən artıq vətəndaş daimi məskunlaşıb. Onların 20 min nəfəri öz doğma yurduna dönən soydaşlarımızdır, digərləri isə həmin bölgələrdə xidmət edən və ya təhsil alan vətəndaşlarımız və gənclərimizdir”.

Kamran Əliyev qeyd edib ki, bu gün Zəngilan da daxil olmaqla bütün azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və sosial-iqtisadi layihələrin həyata keçirilməsi davam edir:

“Yeni avtomobil yolları, hava limanları, enerji və su xətləri, məktəblər, xəstəxanalar və xidmət obyektləri Qarabağda yeni həyatın bünövrəsini formalaşdırır. Bu, dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin və xalqın birliyinin nəticəsidir”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?