Dünən

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təhlil.az xəbər verir ki, məktubda qeyd olunub:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək istəyimizi bir daha bəyan edirik.

Zati-alinizə salamlarımızı və ehtiramımızı çatdırırıq".

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?