Bu gün

Metroda bank kartı ilə ödəniş mümkün oldu

Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.

Təhlil.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb. Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib.

NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.

Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?