1 saat işıq olmayacaq - RƏSMİ

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təhlil.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.