Bu gün

Metroda gediş haqqı maya dəyərindən aşağı olduğu üçün “Bakı Metropoliteni”nə subsidiya veriləcək

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 40 000 000 manat subsidiya nəzərdə tutulur.

Təhlil.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 12 300 000 manat və ya 44,6 % çoxdur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?