04 noyabr

Azərbaycan təmsilçiləri bu gün İslamiadada mübarizəyə başlayır

Azərbaycan təmsilçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayırlar.

Təhlil.az qadınlardan ibarət voleybol yığması ilk görüşündə İran kollektivi ilə üz-üzə gələcək.

Oyun saat 14:00-da start götürəcək.

Futzal millisi A qrupunda Liviya ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?